AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Tərcüməçi vakansiyası üzrə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri:
Əcnəbi mütəxəssislərlə yerli işçilər arasında şifahi və yazılı kommunikasiya təmin etmək;
Texniki sənədlərin, planların, layihələrin və digər materialların tərcüməsi;
Görüşlərdə iştirak edib operativ tərcümənin aparılması.
Tələblər:
Ali təhsil (filologiya, tərcümə və ya mühəndislik sahəsində olması üstünlükdür);
Tərcüməçilik üzrə iş təcrübəsi üstünlükdür;
İngilis və Azərbaycan dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (texniki terminologiyada sərbəstlik);
Məsuliyyətli, punktual və komandada işləmə bacarığı;
Aktiv və fiziki olaraq sahə şəraitində işləməyə hazır olmaq.
Əmək şəraiti:
İş qrafiki: Növbəli
İş yeri: Bölgələr (Daşkəsən və s.)
Əmək haqqı: 1000 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 02.11.2026
© AT - Geotech MMC · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.