605 model uşaq üçtəkərli velosipedi balacaların fiziki inkişafı, koordinasiya bacarıqlarının artırılması və aktiv asudə vaxt keçirmələri üçün nəzərdə tutulmuş müasir və funksional bir nəqliyyat vasitəsidir. Əsasən 1–5 yaş arası uşaqların istifadəsi üçün idealdır. Velosipedin çərçivəsi yüksək keyfiyyətli metal karkasdan və zərbəyə davamlı plastik detallardan yığılmışdır. Bu, məhsulun uzunmüddətli və təhlükəsiz istifadəsini təmin edir. Üçtəkərli sabit konstruksiya uşağın yıxılma riskini minimuma endirir. Plastik oturacaq uşaqların anatomik quruluşuna uyğun dizayn edilib. Hündür arxalığı sayəsində uşaq uzunmüddətli gəzintilərdə belini düz tutur və yorulmur. Oturacağın arxa hissəsində yerləşən geniş plastik səbət sayəsində uşaqlar gəzinti zamanı öz sevimli əşyalarını rahatlıqla daşıya bilərlər.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.