Prayk
Kontent menecer/ Kopirayter — Marketing, reklam, PR
1 200 ₼

Kontent menecer/ Kopirayter

VerifiedYesterday
Date
Number
№3611037

Description

Vəzifə öhdəlikləri: Şirkətin layihələri üzrə hazırlanan mətnlərin yoxlanılması və redaktə edilməsi, onların dil, üslub və məna baxımından düzgünlüyünün təmin edilməsi; Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları üçün mətnlərin hazırlanması; Sosial media paylaşımları, Reels və digər video formatları üçün kontent ideyalarının və ssenarilərin hazırlanması; Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasının təmin edilməsi; Kontent planının hazırlanması, plana uyğun materialların vaxtında paylaşılmasının təmin edilməsi; Hazırlanmış kontent və ssenarilər əsasında foto və video çəkilişlərin planlaşdırılması və koordinasiyası; Çəkilişlər üçün texniki tapşırıqların, ssenarilərin, kadr planlarının və digər zəruri materialların hazırlanması; Fotoqraf, videoqraf, prodakşn komandası, modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyası; Çəkiliş zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət edilməsi; Çəkiliş nəticəsində əldə olunan foto və video materialların ilkin yoxlanılması, uyğun materialların seçilməsi və zəruri düzəlişlərin bildirilməsi; Video materialların montajdan sonrakı versiyalarının mətn, kadr ardıcıllığı və ümumi kommunikasiya baxımından yoxlanılması; Reklam materiallarında istifadə olunan başlıqların, sloqanların və digər mətnlərin hazırlanması və redaktə edilməsi; Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünün təmin edilməsi; Bütün kommunikasiya materiallarında vahid brend dilinin və üslubunun qorunmasına nəzarət edilməsi; Qrafik dizayner, rəqəmsal komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən edilmiş standartlara uyğun hazırlanmasının təmin edilməsi; Kontent və çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə (deadline) nəzarətin təmin edilməsi və işlərin vaxtında tamamlanmasının təmin edilməsi. İş şəraiti: Bakı şəhəri; 5 günlük iş həftəsi (09:00 – 18:00); Əmək haqqı: 1200-1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir). Namizədə dair tələblər: Ali təhsil; Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı; Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı; Sosial media platformaları və müasir kontent formatları haqqında bilik; Komanda və podratçılarla effektiv kommunikasiya və koordinasiya bacarığı; Eyni zamanda bir neçə layihə üzrə işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı; Detallara diqqət və yüksək məsuliyyət. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kontent menecer/ Kopirayter” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Maaş: 1200 AZN Son müraciət tarixi: 02.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/arne-group-mmc-kontent-menecer-kopirayter-152790

Similar listings