
Marketinq üzrə şöbə müdiri

Negotiable
Marketinq üzrə şöbə müdiri
VerifiedYesterday
Date
Number№3642204
Description
Vəzifəyə tələblər:
Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 3–5 il iş təcrübəsi;
Reklam, digital marketinq, sosial media və brend kommunikasiyası üzrə praktiki biliklər;
Media və reklam agentlikləri ilə iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı;
Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləşdirmək bacarığı;
Güclü kommunikasiya, koordinasiya və danışıqlar aparmaq bacarıqları;
Azərbaycan dilini mükəmməl, rus və/və ya ingilis dilini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
İllik marketinq planına uyğun fəaliyyətlərin həyata keçirilməsində iştirak etmək;
Reklam və marketinq kampaniyalarının hazırlanması və icrasını koordinasiya etmək;
TV, radio, onlayn media, outdoor və digər reklam kanallarında yerləşdirmələrin təşkilini təmin etmək;
Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin icrasını əlaqələndirmək;
Reklam mətnləri, vizuallar, video materiallar və digər marketinq kontentlərinin hazırlanması prosesində iştirak etmək;
Reklam və kreativ agentliklər, media şirkətləri, çap evləri və digər tərəfdaşlarla gündəlik işləri koordinasiya etmək;
Kampaniyalar üzrə media planların hazırlanmasında iştirak etmək və yerləşdirmələrin plana uyğun icrasına nəzarət etmək;
Şirkətin məhsul və xidmətləri üzrə promo aksiyaların, tədbirlərin və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək;
Brend standartlarının reklam və kommunikasiya materiallarında düzgün tətbiq olunmasına nəzarət etmək;
Bazar, rəqiblər, qiymətlər, kampaniyalar və müştəri davranışları üzrə məlumat toplamaq və təhlillər aparmaq;
Marketinq kampaniyalarının nəticələrini reach, engagement, lead, conversion və digər göstəricilər üzrə izləmək;
Marketinq xərclərinin və büdcə istifadəsinin uçotunu aparmaq, plan-fakt müqayisələrini hazırlamaq;
Marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və kampaniya əsaslı hesabatlar hazırlamaq;
Satış, PR, dizayn, digital və digər aidiyyəti komandalarla marketinq layihələrinin icrasını koordinasiya etmək;
Yeni marketinq və kommunikasiya imkanları ilə bağlı araşdırmalar aparmaq və təkliflər təqdim etmək;
Rəhbərlik tərəfindən verilən marketinq istiqamətli digər tapşırıqların icrasını təmin etmək.
İş vaxtının norması:
Həftə içi 5 gün
09:00-18:00
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq üzrə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 02.11.2026
Listing source
Open the original listing© Azersun Holding jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings
View all





Satıram









