Prayk
Bərbər alətləri dəsti — Biznes və avadanlıq, Bakı
300 ₼

Bərbər alətləri dəsti

For saleVerifiedUsedToday
City
Bakı
Date
Views
1
Number
№4158012

Description

Salam! Bərbərlik sahəsi ilə məşğul olmayacağım və başqa işlərim yarandığı üçün özüm üçün yığdığım bütün bərbər ləvazimatlarını satıram. Əşyaların demək olar ki, heç biri istifadə olunmayıb. Yalnız saç kəsimi aparatları və qayçılar (bəlkə də 1-2 daraq) cəmi 1-2 dəfə işlədilib. Hər biri tam dezinfeksiya olunub və tərtəmizdir. Zəng edib və ya votsap ilə əlaqə saxlaya bilərsiniz. DİQQƏT: Ləvazimatlar tək-tək satılmır, yalnız tam dəst (komplekt) şəklində satılır. Qiymət: 300 AZN. Dəstə daxildir: 🎒 Çanta və Orqanayzer: Xüsusi bərbər çantası (içində xüsusi orqanayzerləri var). Ölçüləri: 31 sm (eni) x 17 sm (dərinliyi) x 43.5 sm (hündürlüyü). ✂️ VGR Saç Kəsim Aparatları (altlığı və qutusu ilə): V197 (Clipper/Saç kəsən): Üzərində 6 ədəd başlıq (nasadka). V995 (Trimmer/Kantovka): Üzərində 4 ədəd başlıq. V397 (Shaver/Üz qırxan). Əlavələr: Aparatlar üçün 3 ədəd qoruyucu qapaq, aparatların öz darağı, 2 ədəd Type-C kabel, kiçik təmizləmə fırçası. (Qeyd: Aparatın yağını hazırkı işlərim üçün özümdə saxlayıram, lakin hər yerdə ucuz qiymətə satılır, asanlıqla tapa bilərsiniz). 💈 Qayçı və Daraqlar: Dəri çantasında xüsusi qayçı dəsti. İçində: qayçılar (əsas və filirovka üçün) ülgüclü daraq (xırda tükləri almaq üçün), adi daraq və təmizləmə salfeti var. 4 ədəd müxtəlif növ fərqli bərbər darağı. 5 ədədlik böyük daraq dəsti: brashinq (yumru), yarım-brashinq, boşluqlu daraq, uzun/qalın saçlar üçün iri dişli daraq və geniş oval/dördbucaq daraq. 💨 Fen və Forma vericilər: Fen və 3 ədəd başlığı: qıvrım saçlar üçün diffuzor, daraq formalı başlıq və ukladka üçün dar başlıq. Saça tekstura vermək üçün xüsusi qabarıqlı maşa. 🧥 Geyimlər və Tekstil: Müştəri üçün penyuar (önlük). Bərbər üçün xüsusi Lüks önlük (qayçı, pulverizator və s. üçün xüsusi cibli). 5 ədəd üz dəsmalı (30x30 sm). 🧴 Aksesuarlar və Sərfiyyat materialları: Pulverizator (su qabı) - 400 ml, kilidli, həm sprey, həm də düz axın rejimi var. Fade fırçası. Boyun təmizləmək üçün fırça (şotka). Boyun kağızı (boğazlıq rulonu). Çox dəfəli qara əlcəklər (3 cüt). Saç tutqacları (saça yapışan fiksator lipuçkalar). Saç sıxacları ("krokodil" və ya "ördək" klipslər) - 6 cüt (cəmi 12 ədəd). Şəkildə yarısını çəkmişəm, bir o qədər də var. Aparatların və qayçıların metal hissələrini təmizləmək, pasdan qorumaq üçün xüsusi sprey.

© Afər tap.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings