Prayk
Beynəlxalq satış üzrə menecer / mütəxəssis — Satış
1 500 ₼

Beynəlxalq satış üzrə menecer / mütəxəssis

AnalyzedToday
Category
Sales
Date
Number
№4068291

Description

İş yeri - Bakı şəhəri Əmək haqqı - 1 500 AZN-dən başlayaraq Şirkətimiz xarici bazarlarda satış fəaliyyətinin genişləndirilməsi, yeni ölkə və regionlarda müştəri portfelinin formalaşdırılması məqsədilə Beynəlxalq satış üzrə menecer / mütəxəssis vəzifəsinə peşəkar, təşəbbüskar və nəticəyönümlü əməkdaş axtarır. Vəzifə öhdəlikləri Şirkətin məhsullarının xarici bazarlarda satışının təşkili və inkişaf etdirilməsi; Yeni ölkə və regionlar üzrə perspektivli satış bazarlarının araşdırılması və potensialın qiymətləndirilməsi; Müxtəlif ölkələrdə potensial distribütor, diler, idxalçı, topdansatış şirkətləri və digər B2B müştərilərin müəyyən edilməsi və onlarla ilkin əlaqələrin qurulması; Yeni xarici müştərilərin aktiv şəkildə axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlığa çevrilməsi; Mövcud xarici müştərilərlə işgüzar münasibətlərin qorunması və satış həcminin artırılması; Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və onlara uyğun məhsul və kommersiya təkliflərinin hazırlanması; Xarici tərəfdaşlarla ingilis və rus dillərində yazılı və şifahi işgüzar danışıqların aparılması; Qiymət, ödəniş şərtləri, çatdırılma şərtləri, sifariş həcmi və digər kommersiya məsələləri üzrə danışıqların aparılması; Kommersiya təkliflərinin, təqdimatların və digər satış materiallarının hazırlanması və müştərilərə təqdim edilməsi; Satış prosesinin ilkin müraciətdən sifarişin təsdiqlənməsinə və müqavilənin bağlanmasına qədər idarə olunması; Beynəlxalq bazarlarda rəqiblərin, qiymətlərin, məhsulların və bazar tendensiyalarının mütəmadi təhlil edilməsi; Ölkələr üzrə bazara giriş imkanlarının, satış kanallarının və potensial tərəfdaşların araşdırılması; Müştəri bazasının və satış imkanlarının (sales pipeline) sistemli şəkildə idarə olunması; Müştərilərlə aparılan danışıqların, göndərilən təkliflərin və satış nəticələrinin mütəmadi izlənilməsi; Satış planlarının və müəyyən edilmiş aylıq/rüblük hədəflərin yerinə yetirilməsi; Satış göstəriciləri, yeni müştərilər, aktiv danışıqlar və perspektiv bazarlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi; Şirkətin məhsullarının xarici bazarlarda tanıdılması və brend mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərilməsi; Beynəlxalq sərgi, konfrans və B2B görüşlərdə şirkətin təmsil olunması, yeni biznes əlaqələrinin qurulması; Satış prosesində logistika, ixrac, maliyyə və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək; Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı kommersiya münasibətlərinin davamlı şəkildə idarə olunması. Tələblər Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək - hər üç dildə danışıq, yazı, oxu və anlama bacarığı mütləqdir; Beynəlxalq satış və xarici bazarlarla işləmək üzrə bilik və təcrübə; Beynəlxalq iqtisadiyyat, xarici ticarət və ixrac prosesləri haqqında biliklərin olması; Ölkələr, regionlar və beynəlxalq bazarlar üzrə yaxşı coğrafi biliklər; B2B satış və yeni müştərilərin cəlb edilməsi bacarığı; Bazar və rəqib analizi aparmaq bacarığı; Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Analitik düşüncə və kommersiya yanaşması; Müstəqil işləmək, təşəbbüs göstərmək və satış nəticəsinə fokuslanmaq bacarığı; MS Office proqramlarından sərbəst istifadə. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Beynəlxalq satış üzrə menecer” Maaş: 1500 AZN Son müraciət tarixi: 07.11.2026

© ALCO MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.