
İnsan Resursları üzrə Koordinator (Sumqayıt şəhəri)

Negotiable
İnsan Resursları üzrə Koordinator (Sumqayıt şəhəri)
Verified2 days ago
CitySumqayıt
Date
Views1
Number№3834147
Description
Vəzifə haqqında
Şirkət üzrə insan resursları əməliyyatlarının və əmək münasibətləri proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək, HR sənədləşməsini koordinasiya etmək, eyni zamanda işə qəbul, adaptasiya və təlim proseslərində iştirak etmək.
Əsas vəzifə öhdəlikləri
Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərini əmək qanunvericiliyinə uyğun həyata keçirmək;ƏMAS, 1C 8.3, İSB və digər HR sistemlərində əməkdaş məlumatlarının düzgün və aktual saxlanılmasını təmin etmək;Tabel, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər HR əməliyyatlarını koordinasiya etmək;Əmrlərin, müqavilələrin, arayışların və digər HR sənədlərinin hazırlanması və rəsmiləşdirilməsini həyata keçirmək;Əmək münasibətləri və intizam məsələləri üzrə proseslərin sənədləşdirilməsində iştirak etmək;Yeni əməkdaşların onboarding və adaptasiya proseslərini koordinasiya etmək;İşə qəbul proseslərində aidiyyəti HR əməkdaşları və struktur bölmələri ilə əməkdaşlıq etmək;Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlimlərin təşkili və nəticələrinin izlənilməsində iştirak etmək;HR göstəriciləri üzrə məlumatları toplamaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;İşçilər və struktur rəhbərlərinə HR prosesləri üzrə dəstək göstərmək və proseslərin təkmilləşdirilməsində iştirak etmək.
Vakansiya növü: Tam ştat
Şirkət: Baku Steel Company
Yer: Sumqayıt, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/bakusteel/bakusteel-insan-resurslari-uzre-koordinator-sumqayit-seheri-77923918/apply
Similar listings



Susen












