
Bakı8
İnsan Resursları üzrə mütəxəssis

900 ₼
İnsan Resursları üzrə mütəxəssis
VerifiedYesterday
CityBakı
Date
Views8
Number№4403830
Description
İş haqqında məlumat:
"Groupone" MMC “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:Vəzifə öhdəlikləri:Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;Vakansiya elanlarının hazırlanması və paylaşılması;Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Tələblər:
Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);Restoran və ya hotel sferasında İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı;Azərbaycan və Rus dil biliyi (şifahi və yazılı) mütləqdir;Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;Çoxşaxəli iş mühitində işləmək bacarığı.İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.İş şəraiti:İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00;İstirahət günü: Şənbə, Bazar;İş yeri: Bakı şəhəri, Globus Center( baş ofis), vəzifə üzrə iş fəaliyyəti restoranın filiallarında aparılacaq.Nahar şirkət tərəfindən verilir;Əmək haqqı: 900-1000 AZN.
Maaş: 900 - 1000 ₼
Son müraciət: 25/10/2026
ADVERTISEMENT














