İşçiyə qoyulan tələblər:
Ali təhsil
İş təcrübəsi: Meyvə satışı sahəsində 5 ildən çox iş təcrübəsi mütləqdir
B2B satış və danışıqlar aparmaq bacarığı;
İngilis və rus dillərində yaxşı danışıq və yazışma bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
Vəzifə öhdəlikləri:
Xarici bazarlarda meyvə məhsullarının satışını həyata keçirmək;
Yeni xarici müştərilər və potensial alıcılar cəlb etmək;
Mövcud müştərilərlə işgüzar əlaqələri inkişaf etdirmək;
Xarici müştərilərlə danışıqlar aparmaq və satış şərtlərini razılaşdırmaq;
Xarici bazarları və bazar qiymətlərini araşdırmaq;
Yeni ixrac bazarlarının araşdırılması və inkişaf etdirilməsi;
Satış həcminin artırılması və satış planlarının icrasını təmin etmək;
Sifarişdən çatdırılmaya qədər satış prosesini koordinasiya etmək;
Satış və müştəri bazası üzrə hesabatlar hazırlamaq.
İş şərtləri:
Əmək haqqı: 2000 AZN-dən başlayaraq + satışdan bonus
Əmək haqqı namizədin təcrübə və kvalifikasiyasına uyğun olaraq müəyyən edilir.
Nahar şirkət tərəfindən qarşılanır.
5 günlük iş qrafiki
Qeyd: Yalnız meyvə satışı sahəsində təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “subject” (mövzu) hissəsində “Meyvə İxracı üzrə Satış Meneceri” qeyd etməklə göndərməyiniz xahiş edilir.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196798/meyve-ixraci-uzre-satis-meneceri