Tərz: Modern
Mexanizma: Kitab mexanizması. Mexanizma açıldığında 1900x1200mm ölçüsündə yataq olur. Rahatlıqla açılır. Gec-gec istifadə olunan əşyaların yığılması üçün sandıq mövcuddur. Mexanizmanın işləməyi üçün modeli divardan ayırmağa ehtiyac yoxdur.
Konstruksiya: Antipas, Statik boya ilə boyanmış metal profil, ağac, DSP, MDF. Bu dəst qırılma baxımından etibarlıdır. Metal profil də taxta DSP və MDF-nin arxasında dayaq rolunu oynayır və modeli daha da dözümlü edir.
Oturacaq və belin döşənməsi: Yay, süngər, keçədən istifadə edilmişdir. Yay oturulduğu zaman rahatlığı təmin edir. Yayın üzərindəki keçə yayın hiss olunmamasını təmin edir.
Ayaqlar: L şəklində yuvarlaq ayaqlar. 12 sm-lik ayaqlar modelin dizaynını tamamlayır. Ayaq modelə əlavə bir gözəllik qatır. Ayağın hündür olması modelin alt hissəsini təmizləməyə imkan yaradır.
Gövdə və qolların döşənməsi: Süngər gövdə və qolların dolğun görünməsinə imkan verir, insanların DSP, MDF və s. bərk maddələrlə təmasını azaldır və parçanın divanın konstruksiyasında istifadə etdiyimiz bərk materiallara sürtünməsinin qarşısını alır.
Dizayn fərqliliyi: Oturacaq hissənin geniş olması, ön fontun yumru olması, bel hissədə mindərlərin kapitone tikişli olması, qolun gövdə üzərində və kapitone tikişli olması dizaynda fərqlilik yaradır.
Dekorativ yastıqlar - dolğu materialı: Dolğu materialındakı silikon əlyafın çox olması yastığın zamanla sərtləşməsinin qarşısını alır, uzun müddətli istifadəsini təmin edir. Dolğu materialları 50 gr/m2 flezelinin içinə yığılaraq tikilir ki, bu da istənilən vaxt çexolun yuyulmaq üçün çıxarılmasını təmin edir.
Parça: XBL hörmə parça. Tez quruyan, sürtünməyə və günəş şüalarına qarşı davamlıdır.
Fabriklərimizin
istehsal xəttində yumşaq mebellər bir seriya parçası ilə istehsal olunur. Özəl
parça qeyd edilən modellərdə müştəri bu parçadan fərqli parça ilə yumşaq mebeli
sifariş verə bilər. Belə olduqda satış qiymətin 5% -i dəyərində əlavə ödəniş tələb
oluna bilər.
* Şəkildə əks olunan modelin parçası özəldir.
© embawood.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.