Bakı3
Qrafik dizayner
Qrafik dizayner
Negotiable
VerifiedYesterday
Description
Vəzifələr:
Məhsul, torba, paket, etiket və digər qablaşdırma materiallarının dizayn edilməsi;
Çap materiallarının hazırlanması və çapdan əvvəlki hazırlıq (prepress) proseslərinin idarə edilməsi;
Sosial media platformaları üçün statik və hərəkətli (motion) vizualların hazırlanması;
Video montajı və qısa formatlı video kontentlərin hazırlanması;
Brend kitabçasının (Brandbook) yenilənməsi və brend standartlarına uyğun kreativ materialların hazırlanması;
Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn və kontent hazırlanması proseslərinin optimallaşdırılması.
Tələblər:
Təhsil: Ali (Marketinq ,Biznesin idarə olunması, PR və Kommunikasiya və digər oxşar sahələr);
İş təcrübəsi müvafiq sahədə minimum 2 il;
Dil bilikləri : Azərbaycan dili - əla, İngilis dili və Rus dili – yaxşı;
Fərdi keyfiyyətlər - məsuliyyətli , nəticəyönümlü , kreativ , təşəbbüskar, öyrənməyə və inkişaf etməyə açıq;
Adobe Illustrator, Photoshop, InDesign, After Effects və Premiere Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
CorelDRAW proqramında işləmək və çapqabağı hazırlıq (prepress) üzrə bacarıq;
Packaging Design və Print Design üzrə praktiki təcrübə;
Motion Design və video montaj bacarığı;
AI alətləri ilə işləmə bacarığı – Adobe Firefly, Midjourney, Runway/Kling və digər generativ AI alətləri;
Print & Prepress: CMYK/RGB, Pantone, bleed, dieline, resolution və çap üçün texniki faylların hazırlanması.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
İş saatları: 08:30-17:30
İş günləri: həftədə 5 gün
Şirkət tərəfindən naharla təmin edilmə
Sınaq müddətindən sonra könüllü tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini “Qrafik dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197899/qrafik-dizayner