Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində 9 mərtəbəli köhnə tikili binanın 4-cü mərtəbəsində qanuni 3 otaqlı mənzil satılır. Ümumi sahəsi çıxarışla 66,55 m²-dir (faktiki isə 90 m²-a yaxındır (fərq köhnə tikililərdə çıxarışda balkon və kolidorlar nəzərə alınmadığına görədir)). Mənzil keçən il kosmetik təmir olunub, səliqəli və yaşayış üçün hazır vəziyyətdədir. İstilik sistemi mərkəzi istilik sistemidir. Bəzi əşyalar mənzildə qalacaq.
Bina Leyla Mərasim Evi və Safa Store-un yanında, Fərid Marketin üstündə yerləşir. Xəritədə binanın yeri dəqiq göstərilmişdir.
Nəqliyyat baxımından çox əlverişli ərazidir. Mir Cəlal küçəsindən 18, 61, 65 və 85 nömrəli avtobus marşrutları, həmçinin yaxınlığından digər istiqamətlərə də marşurutlar keçir. Şəhər mərkəzinə rahat gediş-gəliş imkanı var. Eyni zamanda müxtəlif rayon istiqamətlərinə və əsas avtomobil yollarına rahat çıxış mövcuddur. M.Əcəmi və 20 Yanvar metrostansiyalarına 10-15 dəqiqəlik yaxın məsafədədir.
Ətrafda marketlər, məktəblər, bağçalar, apteklər, ictimai nəqliyyat dayanacaqları və gündəlik ehtiyac üçün bütün zəruri infrastruktur mövcuddur.
Mənzil həm şəxsi yaşayış, həm də yatırım üçün əlverişli seçimdir (ərazidə belə mənzillərin kirayəsi təxminən 700-800 azn aralığındadır).
Çıxarışı var, ipotekaya yararlıdır.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
© Elan sahibi · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.