Masazır qəsəbəsində, ekoloji cəhətdən təmiz və sakit ərazidə yerləşən “Bağçalı Evlər” MTK yaşayış kompleksində yerləşən, tam qanuni sənədli və rahat yaşayış üçün ideal olan 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir (binanın 6-cı mərtəbəsi mansard tipidir). Ümumi sahəsi 95.10 kv.m təşkil edən mənzil geniş və funksional layihəyə malikdir. Mənzil yelçəkəndir, yəni hər iki tərəfə baxışı var və gün işığını gün ərzində bol şəkildə qəbul edir. Mənzildən Duz gölünə açılan gözəl panoramik mənzərə mövcuddur.
Mənzilin otaqları geniş, işıqlı və rahat planlaşdırılıb. Sanitar qovşağı ayrıca yerləşir ki, bu da ailə üçün əlavə rahatlıq yaradır. Koridor, hamam və sanitar qovşağında isti döşəmə sistemi quraşdırılıb. Açıq eyvanı mövcuddur və eyvanda əlavə saxlama üçün 2 ədəd quraşdırılmış şkaf yerləşir.
Kommunal şərait yüksək səviyyədədir:
* Daimi su
* Fasiləsiz işıq
* Kondisioner
* Mərkəzi istilik sistemi
* Yaxın zamanda qaz təminatı veriləcək
Əlavə olaraq mənzildə yarım tonluq su çəni quraşdırılıb ki, bu da su təzyiqi və ehtiyat baxımından üstünlük yaradır.
Mənzil müəyyən əşyalarla birlikdə satılır:
* Mətbəx mebeli
* Yataq otağı mebelləri
* Koridor mebelləri
* 2 ədəd kondisioner
(Yalnız elektronika əşyaları götürüləcək.)
Yaşayış kompleksi ailə həyatı üçün olduqca əlverişli ərazidə yerləşir. Yaxınlıqda:
* Məktəb
* Uşaq bağçası
* İdman zalı
* Üzgüçülük hovuzu
və digər vacib iaşə obyektləri mövcuddur.
Mənzilin kupçası (çıxarışı) var və ipotekaya yararlıdır. Həm yaşayış, həm də yatırım məqsədi üçün ideal seçimdir. Rahat, sakit və infrastrukturu inkişaf etmiş ərazidə keyfiyyətli mənzil axtaranlar üçün əla fürsətdir. Whatsapp aktivdir.
Xidmət haqqı 1%
© binatap.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.