Birbaşa mülkiyyətçidən 4 otaqlı mənzil satılır
Mənzil Qartal heykəlinin yanında yerləşir. Ətrafında gündəlik ehtiyacları rahatlıqla qarşılamaq mümkündür — məhlədə və 5–6 dəqiqəlik piyada məsafəyə qədər 5 supermarket var. Xalqlar Dostluğu metrosuna avtobusla təxminən 8 dəqiqəyə çatmaq olur. Maşınla isə tıxacsız şəkildə Babək prospektinə rahat çıxış var.
Mənzil 9 mərtəbəli binanın orta blokunda, 5-ci mərtəbədə yerləşir. 4 otaqlıdır. 4 balkonu var və hamısı mənzilə qatılıb. Buna görə də istifadə sahəsi adi 4 otaqlı mənzillərə nisbətən daha genişdir.
Mənzil günəşli və işıqlıdır, yaxşı yelçəkəndir. Binanın həyətində rahat parking imkanı var.
Mənzili özüm üçün təmir etdirmişəm və təmirdə keyfiyyətli, bahalı materiallardan istifadə olunub. Təkcə kombi sisteminə 4.000 AZN xərc çəkilib. Ev əlavə xərc tələb etmir, köçüb birbaşa yaşamaq mümkündür.
Qaz, su və işıq daimidir. Əlavə olaraq, mənzilin öz su çəni də var. Şəxsən 3 il ərzində cəmi 3–4 dəfə istifadə olunub.
Sənədləri tam qaydasındadır: çıxarış (kupça) və texniki pasportu mövcuddur.
Gün ərzində işdə olduğum üçün WhatsApp üzərindən yazıb əvvəlcədən baxış vaxtı təyin etmək daha rahat olar. **Vasitəçilər xahiş edirəm əlaqə saxlamasın.**
Qeyd: Mənzilin foto və videolarının icazəsiz götürülərək başqa elanlarda paylaşılmasına icazə verilmir.
© Əjdər · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.