Premium kompleksdə qanuni 4 otaqlı geniş mənzil satılır!
Premium yaşayış kompleksində şəxsi yaşayış üçün bahalı və keyfiyyətli materiallarla təmir olunmuş, qanuni 4 otaqlı, fərah və geniş mənzil satışa təqdim olunur. Mənzil yelçəkəndir, ideal proyektə malikdir və bütün otaqları genişdir.
Mənzildə 3 eyvan, biri yataq otağının daxilində olmaqla 2 sanitar qovşağı, mərkəzi isitmə və soyutma sistemi, parket döşəmə mövcuddur. Mənzil tam əşyalı satılır – bütün mebel və əşyalar qiymətə daxildir.
Kompleks müasir standartlara cavab verir. Geniş və səliqəli həyəti, uşaqlar üçün oyun meydançaları, yeraltı qarajı və həyətdə parkinq yerləri var. Binanın altında supermarket yerləşir və həyət tərəfindən də giriş mümkündür. Bloklar geniş və səliqəlidir. Hər blokda 2 ədəd geniş, səssiz və sürətli Sigma lift fəaliyyət göstərir.
Sənəd – çıxarışdır. Dövlət ipotekasına tam yararlıdır.
Mənzildə hazırda yaşayış yoxdur. Qiyməti çox münasibdir, real alıcıya əlavə endirim mümkündür. Bu qiymətə çox yaxşı təklifdir.
Baxış keçirmək üçün öncədən əlaqə saxlamağınız xahiş olunur.
© Məryəm Novruzlu · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.