AF-CENTER-DƏ QANUNİ 5 OTAQLI LÜLSK VƏ GENİŞ MƏNZİL
Dövlət Sirki və Jalə Plazanın yanında yerləşən “AF-CENTER” yaşayış kompleksinin 3-cü binasında geniş və komfortlu qanuni 5 otaqlı mənzil satışa təqdim olunur. Qeyd edək ki, kompleksdə layihə üzrə qanuni 5 otaqlı mənzillər yalnız bu binada mövcuddur. Mənzil geniş və funksional planlanmaya malikdir. Hər mərtəbədə cəmi 4 mənzilin yerləşməsi əlavə rahatlıq və məxfilik təmin edir.
Mənzilin sahəsi çıxarışda 221 kv.m, MTK ilə bağlanmış müqavilədə isə 241 kv.m göstərilib. Mənzilin əsas üstünlüklərindən biri dənizə və şəhərə açıq mənzərəsinin olmasıdır. Mənzil qanuni 5 otaqdan ibarətdir: geniş zal və 4 yataq otağı. Bundan əlavə, mənzildə 3 sanitar qovşaq və 2 balkon mövcuddur. İstilik sistemi kombi ilə təmin olunur.
Sənədləri tam qaydasındadır: çıxarış (kupça) və texniki pasport mövcuddur. Qaz daimidir. Şəhərin əlverişli və mərkəzi ərazilərindən birində yerləşən bu mənzil geniş ailələr üçün rahat yaşayış, eyni zamanda uzunmüddətli investisiya baxımından ideal seçimdir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir.
© Əli Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.