Ev ölçüsü 3 sot olan (ölçüsü 15*20 metr olan) torpaq sahəsində tikilmişdir. 2012 ci ildə tikintisi tamamlanmışdır. Həyətə bitişik daha bir 3 sot torpaq sahəsi vardır. Torpaqların ayrı çıxarışları vardır və həmçinin də evin çıxarışı vardır. Hal hazırkı elan 3 sot torpaq üzərində tikilmiş evi əhatə edir.
Həyət Masazır 6 nömrəli məktəbin qarşısındakı küçədə yerləşir. Elana daxil edilmiş xəritə yerləşməsi dəqiqdir. Məktəbdən başqa yaxınlıqda Araz market və müxtəlif iaşə obyektləri var.
Ev hündürlüyü 1,9 m olan zirzəmindən, normal 2 mərtəbə və sütunsuz 80 m2 mansardan ibarətdir. Evin çöldən ölçüsü 11*10 m dir. Həmçinin qaraj da evin daxilindədir. Birinci mərtəbədə zal və mətbəx və həmçinin sanitar qovşaq yerləşmişdir. İkinci mərtəbədə isə bir ümumi sanitar qovşaq və 5 müxtəlif ölçülü yataq otaqları yerlışmişdir.
Zirzəmi ilə 1 ci mərtəbənin və Bir ilə ikinci mərtəbənin arası monolit betondur. Həmçinin evin 6 müxtəlif kənarlarında kalonlar qoyulmuşdur. İkinci mərtəbənin mansard ilə arası taxta atmalardır (20*5sm). Tikinti dövrünə aid şəkilləri də əlavə edirik elana.
Tikinti prosesində müxtəlif yüksək keyfiyyətli mal və materialllardan istifadə olunmuşdur. Yerli palıd parket, göyüş ağacından qapılar və pilləkən yüksək keyfiyyətli ağac məmulatlrı qoyulmuşdur. Həmçinin İtaliya istehsalı radiatorlar və isti pol boruları, Türkiyə istehsalı ECA kombilər, həmçinin Almaniya istehsalı (Groche) su qarışdırıcılar və sairə kimi yüksık keyfiyyətli məmulatlar istifadə olunmuşdur.
Sanitar qovşaqlarda türkiyə istehsalı kafel metlax, türkiyə istehsalı duş kabinə və moydadırlar istifadə olunmuşdur.
Vasitəçilər mükafatlandırılır (2% maksimum). Çıxarış var (həm evin və həm də ayrı olan torpağın) və ipoteka almağa kömək etmək olar.
© Hikmət · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.