
Satış meneceri
Satış meneceri
Negotiable
VerifiedYesterday
Description
Vəzifə öhdəlikləri:
Potensial müştəriləri müəyyən etmək, yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını genişləndirmək;
Müştərilərin ehtiyaclarını öyrənmək, uyğun məhsullar barədə məlumat və kommersiya təklifləri təqdim etmək;
Müştərilərlə görüşlər keçirmək, satış şərtləri üzrə danışıqlar aparmaq;
Satış planlarının yerinə yetirilməsi üçün aktiv çalışmaq;
Sifarişlərin qəbulundan məhsulun təhvil verilməsinədək prosesi izləmək, istehsalat və anbar komandası ilə koordinasiyanı təmin etmək;
Müştərilərlə davamlı işgüzar münasibətlər qurmaq, müraciət və sorğuları vaxtında cavablandırmaq;
Mühasibatlıqla birlikdə müştəri ödənişlərini və debitor borcları izləmək;
Bazar tələbatını və rəqiblərin təkliflərini araşdırmaq, satış imkanları barədə təkliflər vermək;
Görüşlər, sifarişlər və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim etmək.
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi;
İstehsalat məhsulları, tikinti materialları və ya korporativ satışlar üzrə təcrübə üstünlükdür;
Müştəri axtarışı, təqdimat və danışıqların aparılması bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; rus dili biliyi üstünlükdür;
MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
Müştəri ehtiyaclarını anlamaq və uyğun həll təklif etmək bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və işini planlaşdırmaq bacarığı;
Məsuliyyətlilik, işgüzar ünsiyyət və komandada işləmək bacarığı.
İş şəraiti:
Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır;
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197062/satis-meneceri
Similar listings




Aytac










