
14
Satış məsləhətçisi (Bərdə rayonu)
Satış məsləhətçisi (Bərdə rayonu)
Negotiable
Verified5 days ago
Date
Views14
Number№3951042
Description
Vəzifə öhdəlikləri:
Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq;
Məhsullar (notbuklar, smartfonlar, məişət texnikası və s.) haqqında müştərilərə ətraflı məlumat vermək;
Müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimində köməklik göstərmək;
Satış planlarının və hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Məhsulların rəflərdə səliqəli düzülüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək.
Şirkətin portfelində olan yeni texnologiyaları və cihazları dərindən öyrənmək, texniki yeniliklərdən daima xəbərdar olmaq;
Müştərilərin müraciətlərini, şikayət və təkliflərini dinləmək, onları operativ şəkildə həll etmək və ya rəhbərliyə yönləndirmək;
Görülən işlər və satış nəticələri barədə gündəlik/aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
Ali və ya orta-ixtisas təhsili;
Satış sahəsində minimum 1 il iş təcrübəsi (elektronika sahəsi arzuolunandır);
Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
Texnologiyaya maraq və öyrənməyə həvəs;
Ünsiyyətcil, punktual və komandada işləmək bacarığı.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Əmək haqqı: Fix (məvacib) + Satışdan bonuslar;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
CV-nizi mövzu hissəsində "Satış məsləhətçisi(Bərdə rayonu)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 06.11.2026
Listing source
Open the original listing© ABV jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT
Similar listings














