Prayk
Şəxsi və ailə sürücüsü — Nəqliyyat, logistika, anbar
Negotiable

Şəxsi və ailə sürücüsü

VerifiedYesterday
Date
Views
6
Number
№4278550

Description

İş yeri: Bakı şəhəri Məşğulluq: Tam iş günü Vəzifə öhdəlikləri: Rəhbər şəxsin və ailə üzvlərinin təhlükəsiz və komfortlu daşınmasını təmin etmək; Uşaqların məktəbə aparılması və geri gətirilməsi; Gündəlik marşrutların və tapşırıqların vaxtında yerinə yetirilməsi; Avtomobilin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək; Ailənin şəxsi həyatına və məxfi məlumatlarına hörmətlə yanaşmaq; Yüksək xidmət mədəniyyəti və peşəkar davranış nümayiş etdirmək. Namizədə tələblər: Minimum 10 il sürücülük təcrübəsi; Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq; Yol hərəkəti qaydalarını mükəmməl bilmək; Premium sinif avtomobillərin idarə edilməsində təcrübə (üstünlükdür); Səliqəli xarici görünüş, nəzakətli ünsiyyət və məsuliyyətli davranış; Punktuallıq, təmkinlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək; Uşaqlarla ünsiyyətdə etik davranış qaydalarını bilmək. Namizədin Qobu, Lökbatan və ətraf ərazilərdə yaşamasına üstünlük verilir. Sürücü hər gün səhər saatlarında təyin olunmuş vaxtda Qobu ərazisində yerləşən ünvana vaxtında gəlməyi təmin etməlidir. 40-55 yaş aralığında olan namizədlərə üstünlük verilir İş şəraiti: Əməkhaqqı: Müsahibə əsasında; (yemək pulu ayrıca ödəniləcək) İş qrafiki: 6 gün, bazar günü istirahət verilir. Uzunmüddətli və stabil əməkdaşlıq imkanı. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994-77-117-84-92 əlaqə nömrəsinə göndərin. Son müraciət tarixi: 09.11.2026

© HECOTEC MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.