Prayk
Trade Marketinq üzrə Mütəxəssis — Marketing, reklam, PR
1 000 ₼

Trade Marketinq üzrə Mütəxəssis

VerifiedYesterday
Date
Views
7
Number
№4359573

Description

Əsas vəzifə öhdəlikləri: Trade marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək; Satış nöqtələrində brendin görünürlüğünü təmin etmək; Kampaniyaların, endirimlərin, xüsusi təkliflərin və digər promosyon tədbirlərinin planlaşdırılması və təşkili; Mağazadaxili reklam materiallarının, stendlərin, vitrinlərin və məhsul təqdimatlarının hazırlanmasına və yerləşdirilməsinə nəzarət; Məhsulların mağazalarda düzgün yerləşdirilməsinin və vizual təqdimatının təmin edilməsi; Satış göstəricilərinin təhlili və satışın artırılması üçün təkliflərin hazırlanması; Rəqib şirkətlərin kampaniyalarının və bazar tendensiyalarının araşdırılması; Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması; Marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı işin təşkili; Satış nöqtələrinə mütəmadi səfərlər edərək məhsul yerləşdirilməsinə və kampaniyaların icrasına nəzarət etmək. Trade marketinq büdcəsinin planlaşdırılması və xərclərə nəzarət. Namizədə dair tələblər: Ali təhsil; Trade marketinq, marketinq və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi; Trade marketinq alətləri, satış kanalları və pərakəndə ticarət prinsipləri haqqında biliklər; MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı; Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; Azərbaycan dilini sərbəst bilmək; ingilis və ya rus dili biliyi üstünlükdür; Ezamiyyətlərə və satış nöqtələrinə səfərlərə hazır olmaq. Üstünlük hesab olunur: FMCG sektorunda iş təcrübəsi; Promosyon kampaniyalarının təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə təcrübə; Büdcə planlaşdırılması və marketinq göstəriciləri (KPI) ilə işləmək bacarığı. Əməkhaqqı: 1000-1200 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 10.11.2026

© Supertoys jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.