Prayk
For sale: house / Cottage / Villa, 1 000 m² — Ev, villa, Bakı
680 000 ₼

For sale: house / Cottage / Villa, 1 000 m²

More expensive than most similar listings
The average price of 540 similar listings is 110 000 ₼ — this one is about 570 000 ₼ (518%) more expensive.
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 80 000 ₼ – 135 000 ₼
Listings like this close in about 12 days on average
You could offer the seller 110 000 ₼ — roughly the average price of similar listings.
price per m² 680 ₼ · Suraxanı median 860 ₼ — 21 % cheaper · District prices
45Listing scoreWeak deal45 out of 100 — based on price, listing history and seller data.See how it is scored
For saleAnalyzedUsed1 weeks ago
City
Bakı
District
Suraxanı
Title deed available
Yes
Operation type
Sale
Property type
House / Cottage / Villa
Area
1000 m²
Land area
4 sot
Total floors
3
Seller
Owner
Date
Views
14
Number
№5398425

Description

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində, Aeroport yolunun yaxınlığında 3 mərtəbəli fərdi yaşayış evi və hazırda icarədə fəaliyyət göstərən kommersiya obyekti birlikdə satılır. Əmlak 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında, əsas magistral yoldan cəmi 20 metr məsafədə yerləşir. Küçə asfalt örtüklüdür və əraziyə rahat giriş-çıxış imkanı mövcuddur. Əmlakın əsas xüsusiyyətləri: - Kommersiya obyektinin tikili sahəsi: 450 kv.m - Həyətdə yerləşən iki yaşayış evinin ümumi sahəsi: 550 kv.m - Əsas yaşayış evi: 3 mərtəbəli - Əlavə yardımçı yaşayış tikilisi - Qaraj və qarajdan evə birbaşa giriş - Zirzəmi və geniş eyvan - 12 tonluq qapalı su hovuzu - Daxili üzlüyü olan 2 tonluq su çəni - Kombi istilik sistemi və mərkəzi kanalizasiya - Həyətdə müxtəlif növ ağaclar Kommersiya obyekti hazırda mini zavod kimi icarəyə verilib və fəaliyyət göstərir. Yeni mülkiyyətçi istəyə uyğun olaraq mövcud icarə münasibətlərini davam etdirə və ya obyektin təyinatından fərqli şəkildə istifadə etmək üçün icarəyə xitam verilməsi məsələsini həll edə bilər. Obyektin ayrıca şəxsi elektrik transformatoru var. Yaşayış evi isə üçfazalı elektrik təchizatı ilə təmin olunub. Ev və kommersiya obyekti üçün qaz, su və elektrik sistemləri bir-birindən ayrıdır. Transformatorun mövcudluğu xüsusilə istehsalat və digər enerji tələbatı yüksək olan fəaliyyət sahələri üçün mühüm üstünlükdür. Belə transformatorun quraşdırılması hazırda təxminən 40 000 AZN əlavə xərc tələb edə bilər. Tikintinin keyfiyyətinə xüsusi diqqət yetirilib. Bütün tikililər şəxsi istifadə məqsədilə, keyfiyyətli və bahalı inşaat materiallarından istifadə olunmaqla inşa etdirilib. Mərtəbələrarası örtüklər monolit betondandır. Tikinti zamanı 60 sm enində bünövrə hazırlanıb, 12 beton sütundan və rigel konstruksiyalarından istifadə olunub. Tikilinin digər texniki xüsusiyyətləri və konstruktiv üstünlükləri əmlaka baxış zamanı ətraflı izah ediləcək. Yaşayış evinin otaqları genişdir. İkinci mərtəbə təmirli vəziyyətdədir, birinci mərtəbənin isə müəyyən təmir işlərinə ehtiyacı var. Ərazinin nəqliyyat imkanları da əlverişlidir. Yaxınlıqdan şəhərin müxtəlif istiqamətlərinə və metro stansiyalarına gedən avtobus marşrutları fəaliyyət göstərir. Sənədləşmə: Əmlakın rəsmi çıxarışı (kupçası) mövcuddur. Həm torpaq sahəsi, həm də üzərindəki tikililər xüsusi mülkiyyətdədir. Bu əmlak həm geniş fərdi yaşayış sahəsinə sahib olmaq, həm də mövcud icarə gəliri olan kommersiya obyektinə yatırım etmək istəyənlər üçün əlverişli təklifdir. Yaşayış və biznes imkanlarının bir ərazidə birləşməsi əmlakın əsas üstünlüklərindəndir. Satış birbaşa mülkiyyətçi tərəfindən həyata keçirilir. Vasitəçi deyiləm. Real alıcılardan xahiş olunur ki, əlaqə saxlamazdan əvvəl elanda qeyd olunan məlumatları diqqətlə oxusunlar. Əmlakın tikinti keyfiyyəti, texniki xüsusiyyətləri və digər üstünlükləri barədə əlavə məlumat yerində təqdim ediləcək.

© Ruzgar evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp