Təcili! 7%-lik dövlət ipotekasında, ötürülməsi aktiv olan mənzil satılır.
Rəsmi iş yeri olan, dövlət ipotekası limiti tutan və ya tuta bilməyən şəxslər bu mənzili əldə edə bilərlər.
İpoteka şərtləri:
İlkin ödəniş: 31.000 AZN
Banka qalan borc: 80.300 AZN
Qalan müddət: 24 il 7 ay
Aylıq ödəniş: 571 AZN
Mənzil Günəşlinin prestijli ərazilərindən sayılan V yaşayış massivində, 9 mərtəbəli binanın 8-ci mərtəbəsində, günçıxan tərəfdə yerləşir.
Mənzil yeni təmirdən çıxıb. Hamam da tam təmirlidir. Qaz, su və işıq daimidir. Əlavə olaraq 5 tonluq su çəni və yeni su filtri quraşdırılıb.
Binanın geniş həyəti və parkı var. Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər və digər zəruri infrastruktur obyektləri yerləşir.
Nəqliyyat baxımından əlverişli yerdədir:
Xalqlar Dostluğu metrosuna avtomobillə 10 dəqiqə
Əhmədli metrosuna avtomobillə 15 dəqiqə
Binanın qarşısından 55 və 64 nömrəli avtobuslar keçir
20, 50 və 104 nömrəli marşrutlara isə 5 dəqiqəlik piyada məsafə var
Mənzildə qeydiyyatda heç kim yoxdur. Behləşmədən sonra açar təhvil veriləcək və dərhal köçmək mümkün olacaq.
Həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir. Vasitəçi deyiləm, real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, Hazır ipoteka
Yerləşmə: Suraxanı ray., Yeni Günəşli qəs.