Prayk

1С mühasib

Negotiable
Verified6 days ago
City
Bakı
Category
Finance
Date
Number
№2841866

Description

İş barədə məlumat - 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi - Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili - Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi - Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi - Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməs İnventarlaşdırmada iştirak - Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək - Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək - Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi - Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək - Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi - Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək - Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi İş şəraiti: - İş qrafiki: 5 günlük iş qrafiki - Əmək haqqı: Müsahibə əsasında - Karyera yüksəlişi imkanı - Korporativ nömrə ilə təmin edilir - İş yeri: Bakı şəh, Əhməd Rəcəbli küç. - Komfortlu ofis şəraiti, mehriban komanda CV"lərinizi – email ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "1C Mühasib" qeyd olunmalıdır. Namizədə tələblər - Xanım namizədlərə üstünlük verilir - 1C (8.3 UT) proqram təminatında mükəmməl bilik və təcrübə - MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar - Ali təhsilli (Maliyyə işi və mühasibatlıq) - Mühasib vəzifəsində 3-5 ilədək iş ştajı - Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti - Azərbaycan dili və Rus dili biliyi - Vergi Məcəlləsi, mühasibat uçotu və hesabatlıq üzrə biliklər. Şəhər: Bakı Yaş: 30 - 45 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əlaqədar şəxs: Aynur xanım Əmək haqqı: 1000 - 1200 AZN

Similar listings