Kristal Abşeron Bayıl yaşayış kompleksində, Jurnalistlər binasında dəniz panoramalı 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir və ümumi sahəsi 65 kv. m-dir. Əşyalı şəkildə satılır.
Hamam və dəhliz isti döşəmə sistemi ilə təchiz olunub. Mənzildən dənizə gözəl panorama açılır.
Kompleksin həyətində uşaqlar üçün əyləncə sahəsi, yerüstü və yeraltı avtomobil dayanacağı mövcuddur. Yaxınlıqda market və avtobus dayanacağı yerləşir.
Qiymət: 190 000 AZN
Ofisin xidmət haqqı: 1%