Prayk

3 Fazalı elektrik və güc elektronikası mütəxəssisi

Negotiable
Verified2 months ago
City
Bakı
Date
Views
17
Number
№2132362

Description

- Metal Trade MMC sənaye istehsal müəssisəsində fəaliyyət göstərən elektrik sistemləri və avadanlıqlarının diaqnostikası, təmiri və texniki xidməti üçün yüksək təcrübəli 3-fazalı elektrik / güc elektronikası mütəxəssisi axtarır - İş yeri: Sənaye istehsal müəssisəsi - Əmək haqqı və iş şərtləri: Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. - Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62 Tələblər: Təhlükəsizlik üzrə tələblər - ⁠Elektrik təhlükəsizliyi qaydalarını yüksək səviyyədə bilməlidir; -⁠  ⁠Yüksək gərginlikli sistemlərdə təhlükəsiz iş qaydalarına əməl etməlidir; -⁠  ⁠Dielektrik əlcək, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin düzgün istifadəsini bilməlidir; -⁠  ⁠İşlədiyi gərginlik sinfinə uyğun elektrik təhlükəsizliyi üzrə müvafiq buraxılış/qrupla bağlı tələblərə cavab verməlidir. Üstünlük veriləcək namizədlər - ⁠Zavod, fabrik, metallurgiya və digər ağır sənaye istehsal müəssisələrində uzunmüddətli praktiki təcrübəsi olan; -⁠  ⁠Sənaye istehsal xətləri və böyük güclü elektrik mühərrikləri ilə işləmiş; -⁠  ⁠Elektriklə yanaşı elektronika və sənaye avtomatlaşdırmasını yaxşı bilən; -  ⁠VFD, PLC və sənaye idarəetmə   istemlərində real nasazlıqları müstəqil şəkildə tapıb aradan qaldıra bilən; -⁠  ⁠Transformator və yüksək güclü 3-fazalı sistemlərlə praktiki iş təcrübəsi olan; -⁠  ⁠Uzun illər sahədə çalışmış, nəzəri biliklə yanaşı güclü praktiki usta/mühəndis təcrübəsinə malik şəxslər. Vəzifə öhdəlikləri: - Namizəd aşağıdakı sahələrdə praktiki və peşəkar təcrübəyə malik olmalıdır - ⁠3-fazalı AC elektrik sistemləri, yüksək gərginlikli və böyük güclü elektrik dövrələri ilə işləmək; -  ⁠Güc elektronikası üzrə bilik və praktiki təcrübə; - ⁠İnvertor, konverter, düzləndirici (rectifier) və tezlik çeviricilərinin (VFD) diaqnostikası, sazlanması və təmiri; - ⁠3-fazalı asinxron və sinxron elektrik mühərriklərinin idarəetmə, qoşulma və qorunma sistemləri; -⁠  ⁠Elektrik mühərriklərində və onların idarəetmə dövrələrində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; - ⁠Rele mühafizəsi, avtomat açarlar, kontaktorlar, termik relelər, faza itkisi və faza ardıcıllığı releləri ilə işləmək; - ⁠Elektrik şkafları, idarəetmə panelləri və güc dövrələrinin elektrik sxemlərini oxumaq və nasazlığı sxem üzrə izləmək; - ⁠PLC (Proqramlaşdırıla bilən Məntiqi Kontroller) sistemlərinin 3-fazalı güc dövrələri ilə inteqrasiyasını anlamaq və sənaye avtomatlaşdırma sistemlərində nasazlıq axtarışı aparmaq; - ⁠Multimetr, meqometr və ossiloqraf vasitəsilə ölçmə və peşəkar diaqnostika aparmaq; - ⁠Transformatorlar, elektrik mühərrikləri və digər sənaye elektrik avadanlıqlarında nasazlıqları müəyyən etmək; - ⁠Elektrik və elektronika mənşəli nasazlığı mexaniki nasazlıqdan düzgün ayırd edə bilmək; - ⁠Sənaye avadanlığında yaranmış nasazlığın səbəbini müəyyən edib yalnız müvəqqəti deyil, texniki cəhətdən düzgün və davamlı həllini tətbiq etmək; - ⁠Profilaktik texniki baxış və avadanlıqların elektrik hissəsinin vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək. Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq

© Metal Trade MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp