Ev Qəbələ rayonunda, bütün əyləncə mərkəzləri və restoranlara yaxın, mərkəzi ərazidə yerləşir. Hər cür şəraiti olan, səliqəli, təmiz və yeni təmirdən çıxmış evdir, heç bir problemi yoxdur.
Həyətdə 7,5x4,5 ölçüdə filtrli baseyn, 30 kv.m-lik besedka və daxilində mətbəx mövcuddur. Ümumi sahəsi 5 sot olan ərazidə 140 kv.m-lik 3 otaqlı ev yerləşir. Evdə 2 yataq otağı var — 2 tək çarpayı, 1 iki nəfərlik çarpayı, 1 divan və müəyyən qədər çarpayı dəsti (çexol, pərdə, yorğan və s.) mövcuddur.
Evdə kondisioner, televizor, soyuducu, manqal, samovar və digər lazımi avadanlıqlar var. Ümumilikdə 6–8 nəfərlik ailə və ya qrup üçün uyğundur. Həyətdə 2 maşın yerləşə bilir.
2 hamam və 2 tualet var — həm evin içində, həm də həyətdə ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur. Münasib qiymətə ev axtaranlar əlaqə saxlasın.
© Elmir · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.