Qəbələ şəhərində uzunmüddətli kirayə üçün 3 otaqlı ev!
Ev Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsində, Çinar restoranının yaxınlığında yerləşir. Qəbələnd Əyləncə Mərkəzinə təxminən 1,3 km məsafədədir.
Ev şəhər mərkəzində, əsas yoldan cəmi 50 metr aralıda yerləşir. Əraziyə gedən yol tam asfaltlıdır və rahat giriş-çıxış imkanı var.
Müasir dizaynlı, yeni tikili olan ev 3 otaqdan ibarətdir. Bütün mebel yenidir. Yaşayış üçün lazım olan kondisioner, televizor, soyuducu, optik Wi-Fi, samovar və digər zəruri avadanlıqlar mövcuddur.
Həyətdə ailəvi istirahət üçün yeni besedka hazırlanıb. Ev əsasən 4 nəfər üçün nəzərdə tutulub: 1 ədəd iki nəfərlik və 2 ədəd bir nəfərlik yataq mövcuddur. Əlavə olaraq daha 1 nəfər üçün açılan çarpayı təmin edilə bilər.
Kommunal xərclər kirayə qiymətinə daxildir.
Ev minimum 6 aylıq müddətə kirayə verilir.
© Kərim · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.