Bilgəh qəsəbəsinin Albalılıq-2 ərazisində bağ evi satılır.
Əmlak köhnə bağ massivində, sakit və təmiz havalı məhəllədə yerləşir. Dalanda az sayda qonşu var. Həyətdə çoxsaylı meyvə ağacları mövcuddur.
Evin sahəsi 62,90 kv.m, torpaq sahəsi isə 11,2 sotdur. Ev sadə təmirlidir və yay mövsümündə yaşayış üçün yararlıdır. Qaz və işıq mövcuddur, yeni su quyusu qazılıb.
Əlavə olaraq, ayrıca girişli qaraj var və qaraj texniki pasportda rəsmi şəkildə qeyd olunub. Torpaq sahəsini iki hissəyə bölmək mümkündür.
Sənədlər tam qaydasındadır: torpağa və evə ayrıca çıxarış mövcuddur, paket kupçadır.
Vasitəçi deyiləm. Yalnız ciddi alıcıların əlaqə saxlaması xahiş olunur. Vasitəçilər narahat etməsin.