Xırdalan şəhəri, 6 sot, 3 otaq, kupça.
Xırdalanın sakit prestijli yerində, Nizami küçəsində (Masazır dairəsinə yaxın) Narlıq adlanan ərazidə, 11 saylı orta məktəbin yerləşdiyi küçədə 6 sotda ümumi sahəsi 135 kv.m. sahəsi olan 3 otaqlı həyət evi satılır.
Qanuni qaydada bütün kommunal xətlər, telefon, optik internet xətti çəkilib.
Həm evin, həm də torpağın kupçası var.
Ev orta təmirlidir. Bünövrəsi möhkəmdir, 2 və ya 3 mərtəbə tikmək mümkündür. Həyətdə əncir, üzüm, nar, alma, armud, feyxoa, innab, göyəm, gavalı, fındıq, qoz, albalı, ərik, gilas, tut, xurma badam ağacları var.
Əlavə olaraq, həyətdə 1 otaq, mətbəx və sanuzeldən ibarət kirayə ev var. Hazırda kirayədədir. Qapısı ayrıca olaraq küçəyə açılır. Sayğacları ayrıdır.
11 saylı məktəb, Araz Market, Tam market, Embawood, Dövlət Aqrar İnkişaf Mərkəzi yaxınlıqda yerləşir. İcra Hakimiyyətinə, Poçt idarəsinə və parka ayaqla 15 dəqiqəlik məsafədir.
Yaxınlıqdan 20 yanvar, Gənclik, Şərq bazarı və 28 may metrosu marşrutu ilə işləyən 199 №li avtobus keçir.
© Ev sahibi · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.