Xətai metrosunun yaxınlığında, Nəcəfqulu Rəfiyev küçəsində, “Meridian” yaşayış kompleksində, FHN binasının qarşısında və “Neptun Market”in üstü yerləşən yeni tikilidə geniş və işıqlı 3 otaqlı mənzil uzunmüddətli kirayə verilir. Mənzil 18 mərtəbəli binanın 6-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 125 m²-dir. geniş mətbəx, 2 eyvan,2 sanitar qovşağı və dəhliz daxildir.
Yaşayış binasında təhlükəsizlik yüksək səviyyədə təmin olunub – 24 saat mühafizə və müşahidə kameraları fəaliyyət göstərir. Hər blokda 2 ədəd müasir və sürətli OTIS liftləri quraşdırılıb. Binanın həyətində geniş uşaq oyun meydançası mövcuddur ki, bu da mənzili ailələr üçün daha əlverişli edir.
Rayonun infrastrukturu tam inkişaf edib: bir neçə dəqiqəlik məsafədə Xətai metro stansiyası, hipermarketlər, məktəblər, uşaq bağçaları, kafe və restoranlar, eləcə də digər iaşə obyektləri yerləşir. Mənzilin yerləşdiyi ərazi şəhərin mərkəzinə və digər istiqamətlərə rahat çıxış imkanı yaradır.