Yeni Günəşlidə Leninqrad layihəli mənzil orta təmirli mənzil satılır. Mənzil ütün kommunal xidmətlərlə təmin olunub. İstilik sistemi mərkəzləşdirilmişdir.
Mənzilin 4 balkonu var. Balkonlardan ikisinin hər biri 2,4 kv.m, digəri 1 kv.m-dir. Dördüncü balkon isə mənzilə birləşdirilib. İki otağın və dəhlizin döşəməsi taxta, bir otağın döşəməsi isə laminatdır.
Binanın fasadı yaxın zamanda yenilənib. Arxa balkondan binanın arxa hissəsinə ayrıca çıxış mövcuddur. Həmin balkonda isti və soyuq su, qaz xətti və paltaryuyan maşın üçün çıxış quraşdırılıb.
Mənzilin çıxarışı var və ipotekaya yararlıdır. Yaxınlıqda supermarketlər, uşaq bağçası, məktəb və digər zəruri obyektlər yerləşir. 36, 104, 20 və 50 nömrəli avtobus dayanacaqlarına piyada təxminən 5–10 dəqiqəlik məsafə var.