3 otaqlı təmirli mənzil satışdadır.
Əhmədli qəsəbəsində, Bakı Kinoteatrının yaxınlığında, Nərmin MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan 3 otaqlı, funksional şəkildə yenidən planlaşdırılmış mənzil satılır.
Mənzildə qaz, su, işıq, istilik və internet fasiləsiz təmin olunur. Otaqlar geniş, işıqlı və rahatdır. Mənzilin geniş eyvanından şəhərə gözəl panoramik mənzərə açılır. Binanın hər blokunda 16-cı mərtəbəyədək fəaliyyət göstərən 2 sürətli lift mövcuddur. Avtomobil saxlamaq üçün yeraltı qaraj istifadəyə verilib.
Binanın birinci mərtəbəsində Bravo tipli marketlər və müxtəlif ticarət obyektləri fəaliyyət göstərir. Əhmədli metro stansiyasına piyada 5 dəqiqədən az məsafədə yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Mənzilin sənədləri tam qaydasındadır. Çıxarışı (kupçası) var və ipoteka ilə əldə edilməsi mümkündür.
Mənzildə olan əşyaların təxminən 80%-i alıcıya təhvil veriləcək. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Qiymət: 240 000 AZN.
Ofis xidmət haqqı: 1%.
© Məhərrəm · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.