Memar Əcəmi metrosuna cəmi 500 metr, təxminən 5 dəqiqəlik piyada məsafədə, Nəsimi metrosuna isə 800 metr, təxminən 10–12 dəqiqəlik piyada məsafədə yerləşən tam təmirli, əşyalı mənzil satılır.
Mənzil qanuni 3 otaqlıdır, artırma yoxdur. Qarşısında və arxasında artırma etmək üçün şərait mövcuddur. Fransız layihəsidir, lakin koridor sistemi qurulub.
Mənzilin əlavə olaraq 15 m² quru zirzəmisi var. Zirzəmidə elektrik skuterləri saxlanılır, əşyaların yerləşdirilməsi üçün dəmir rəflər yığılıb. 3 işıqlandırma və 3 elektrik yuvası quraşdırılıb.
Mənzil tam təmirlidir və bahalı, keyfiyyətli mebellərlə tam əşyalı satılır. Kombi sistemi quraşdırılıb. Otaqlar geniş və işıqlıdır.
Binanın qarşısında abadlaşdırılmış məhəllə və sakinlər üçün parkinq mövcuddur. Araz, Tamstore və Bazarstore marketləri, restoranlar, kafelər, özəl və dövlət məktəbləri, bağçalar, banklar və digər iaşə obyektləri yaxınlıqda yerləşir.
Qaz, su və işıq daimidir.
Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir.
Xaricə köçməyimlə əlaqədar satılır. Birbaşa sahibindən satılır və yalnız yeni sahibinə verilir.
Vasitəçilərin narahat etməməsi xahiş olunur.
Real məqsədi olan alıcı ilə mənzilə baxışdan və ciddi danışıqdan sonra qiymətdə endirim mümkündür.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Nəsimi ray., 4-cü mikrorayon, Memar Əcəmi m/st