Bina Nərimanov metrosundan 4, Gənclik metrosundan isə 15 dəqiqəlik piyada məsafədə yerləşir.
Ətrafda yaşayış üçün vacib olan bütün iaşə obyektləri və müəssisələr, həmçinin bir neçə məktəb və bağça mövcuddur. Bina Heydər Əliyev Mərkəzi, Konqres Mərkəzi və Nərimanov parkına piyada 5-7 dəqiqəlik məsafədədir.
Daş binadır, layihə eksperimentaldır və belə mərtəbə planına malik ikinci bina yoxdur. Həyətə kənar şəxslərin girişi məhdudlaşdırılıb.
Mənzil yelçəkəndir, hər iki tərəfə eyvanı var. Texniki pasport üzrə 3 otaqlıdır. Bütün otaqların girişi ayrıdır və pəncərələri günəş görür. Kommunal xidmətlər binada daimidir.
Hazırda mənzildə yaşayış var və lazımi mebel və avadanlıqlarla təchiz olunub. Əşyalar və avadanlıqlar qiymətə daxildir.
Mənzil özümə aiddir. İpotekaya yararlıdır.
Əlavə suallarınız olarsa, qeyd olunmuş mobil telefonla bəlli saatlarda əlaqə saxlaya bilərsiniz.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Nərimanov ray., Nəriman Nərimanov m/st