Prayk
For sale: land, 32 sot — Torpaq, Siyəzən
65 000 ₼

For sale: land, 32 sot

Priced within the usual range of similar listings
This listing
cheapermost similar listingspricier
Detailed analysis
The average price of 8213 similar listings is 97 800 ₼ — this one is about 33 000 ₼ (34%) cheaper.
Most similar listings fall in this range: 33 000 ₼ – 220 000 ₼
Listings like this got 9% more expensive over the last 30 days
VerifiedUsed1 months ago
CategoryLand plot
Land area32 sot
Property typeLand

№3924081·Views: 73

Description

Heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olmaq üçün hazırlanmış, tikintisinə və materiallarına ciddi diqqət yetirilmiş ferma və bağ kompleksi satılır. 🐄 FERMA Ferma 47,5 metr uzunluğunda, 7,5 metr enində və 12 sot ərazidə yerləşir. Fermanın daxilində 3 ayrı hissə mövcuddur: • 🐄 Mal-qara üçün nəzərdə tutulmuş bölmə • 🐑 Qoyun-quzu və digər xırdabuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş bölmə • 🏠 Fermaya bitişik, çoban üçün nəzərdə tutulmuş 2 otaqlı ev Fermanın divarları kubikdən tikilib və izolyasiya olunub. Dam örtüyü 3 qat izolyasiya ilə hazırlanıb. Tikintidə plastik pəncərələr və dəmir seyf qapılar istifadə olunub. Tikinti zamanı material seçiminə və işin keyfiyyətinə xüsusi diqqət yetirilib. Obyekt başdansovdu deyil, uzunmüddətli istifadə nəzərə alınaraq keyfiyyətli materiallarla və səliqəli şəkildə inşa edilib. 🌳 20 SOT BAĞ Fermaya əlavə olaraq 20 sot bağ sahəsi mövcuddur. Bağda müxtəlif meyvə ağacları var. Ərazidə həmçinin 500 başlıq toyuq-cücə hini və yarımçıq tikili yerləşir. Beləliklə, ərazidə heyvandarlıqla yanaşı quşçuluq və meyvəçilik üçün də mövcud imkanlar var. 🏗️ TİKİNTİ HAQQINDA Bu obyekt hazırlanarkən məqsəd sadəcə bir ferma tikmək olmayıb. Özümüz burada təsərrüfat qurmaq niyyətində olduğumuz üçün tikintiyə ciddi vəsait və zəhmət qoymuşuq. Kubik divarlar, izolyasiya, 3 qat izolyasiyalı dam, plastik pəncərələr və dəmir seyf qapılar kimi detallar tikintiyə verilən diqqəti göstərir. Əmlakı yerində görən və ferma tikintisindən anlayışı olan şəxs görülən işin səviyyəsini və tikintiyə qoyulan zəhməti özü qiymətləndirə bilər. Biz təsərrüfatı özümüz işlətmək niyyətində idik, lakin qismət olmadı. İndi isə bu işi davam etdirmək istəyən şəxsə satılır. 🤲 Alan şəxsə xeyirli-uğurlu olsun. İnşallah, burada ən gözəl işlər və bol bərəkət qismət olar. Ciddi alıcılar əlaqə saxlaya bilər. Əmlaka yerində baxış mümkündür.
ADVERTISEMENT