Prayk
For sale: 4-room house / Cottage / Villa, 111 m² — Ev, villa, Bakı
115 000 ₼

For sale: 4-room house / Cottage / Villa, 111 m²

For saleCopyUsed1 weeks ago
City
Bakı
District
Sabunçu
Operation type
Sale
Property type
House / Cottage / Villa
Rooms
4
Area
111 m²
Land area
215 sot
Total floors
1
Furnished
Yes
Seller
Owner
Date
Views
22
Number
№4623393

Description

Bakının Sabunçu ray., Zabrat 1 qəs., Nəriman Nərimanov küç. 1 mərtəbəli fərdi yaşayiş evi (villa) Sənəd: Zabrat Bələdiyyə Şəhadətnaməsi Torpaq sahəsi: 215 m2 Ev sahəsi: 111 m2 Otaq sayı: 4 (izolyasiya edilmiş otaqlar, ayrı mətbəx) Podval sayı: 2 Podvalın hündürlüyü: 2 m Tavan hündürlüyü: 3 m Sanitar qovşağı: 1 (birləşdirilmiş) Sonuncu təmir: 2025 il Giriş qapısı: seyf Otaq qapıları: taxta İstilik sistemı: kombi və daxili radiatorlar İnternet provayder: CityNet Əşyalı ev: mətbəx mebeli, Davaline elektrik sobası, 2 çarpayı; 2 güzgülü dolab, 6 stul ilə yemək masası. Daimi qaz, işıq və su. Müasir təmir və dizayn. Geniş, günəşli otaqlar və mətbəx. Mətbəxdə və qonaq otağında geniş panorama plastik pəncərələr. Çox geniş pəncərəaltılar. Otaqlarda, mətbəxdə və dəhlizdə taxta döşəmə, əlavə laqalar, qalın tikinti folqa ilə laminat (izolyasiya). Hamamda isti pol sistemi və dəsmal qızdırılan-quruducu var. Ev boyu iki qatlı izolyasiya edilmiş tavan: penoplast və steklovata. Otaq, mətbəx və dəhliz divarları qoşa daşdan tikilib. Plitənin üstündə hava təmizləmə sistemi. Dəhlizdə uzun yumşaq oturacaq, altında ayaqqabı rəfləri olan və daxili paltar asılqanları var. Evdəki bütün kranlar və smesitellər çox keyfiyyətlidir. Ev boyu, tavanların altında gizli karnizlər. Bütün pəncərələrdəki çuğun reşotkalar, ağ rəngli, pasa davamlı boya ilə kraskalanmışdır. Podvalda su motoru və işıqlama. Podvalda tikinti materiallar qalır. Həyət tametlanıb. Həyətdə böyük dəmir qapılar, taxta masası, işıqlama, paltar quruducusu və krana bərkidilmiş 10 metrlik şlanq mövcuddur. Taraşlanmış açıq eyvan və pilləkən (hər biri 20 sm hündürlükdə olan 8 pillənin hamısı). Eyvanın bütün kənarı metlax və yağışdan qorunan iki paltar ipi var. Eyvandan Zabrat gölünə mənzərə açılır. Eyvana mətbəxdən giriş var (plastik qapı). Evin yaxınlığında Araz market və çoxsaylı digər mağazalar, 192 nömrəli tam orta məktəb, bir neçə uşaq bağçası, 118B nömrəli avtobusun dayanacağı və müxtəlif xidmət obyektləri mövcuddur. Sanuzel: 1 Şərait: parklanma, əşyalı, istilik sistemi

© Cahangir bəy ev10.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp