Balakən rayonunun Mahamalar kəndində yerləşən, geniş həyətyanı sahəsi və fındıq bağı olan ikimərtəbəli fərdi yaşayış evi satılır.
Evin istifadəsində 1 hektar münbit torpaq sahəsi və məhsuldar fındıq bağı mövcuddur. Yaşayış üçün bütün zəruri şərait yaradılıb.
Ev qaz, su, kondisioner, təhlükəsizlik kameraları və 28 tonluq yeraltı su hovuzu ilə təmin olunub. Hər iki mərtəbədə ayrıca hamam və sanitar qovşaq yerləşir. Evə bitişik qaraj da mövcuddur.
Əmlakın çıxarışı (kupça) və texniki pasportu var. Ev bütün əşyaları ilə birlikdə satılır.
Geniş və bərəkətli torpaq sahəsi sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün əlverişli imkanlar yaradır. Ərazidə otel, istirahət və əyləncə kompleksi yaratmaq, müxtəlif turizm layihələri həyata keçirmək, heyvandarlıq və digər təsərrüfat sahələrini inkişaf etdirmək mümkündür.
Əmlak həm rahat ailə həyatı qurmaq, həm də gəlir gətirən biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün münasib seçimdir.
Real alıcı ilə qiymətdə razılaşma və endirim mümkündür.
Xahiş olunur, yalnız ciddi alıcılar əlaqə saxlasınlar.
© Vəfa xanım · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.