Xəzər rayonu, Buzovna qəsəbəsində 6 sot torpaq sahəsində yerləşən geniş və tam təmirli həyət evi satışa təqdim olunur.
Evin ümumi sahəsi 150 kv. m-dir. Ev 4 otaqdan və əlavə olaraq 1 yardımçı otaqdan ibarətdir. Tikinti zamanı keyfiyyətli ağlay daşından istifadə olunub. Otaqlar geniş, işıqlı və rahat planlaşdırılıb.
İstilik sistemi kombidir. Qaz, su və işıq daimidir. Evin sənədi çıxarışdır (kupça).
Əmlak əşyaları ilə birlikdə satılır. Elektron məişət texnikasının evdə qalması isə qiymətlə bağlı razılaşmadan asılıdır.
Həyət tamet daşları ilə döşənib və dekorativ şam ağacları ilə yaşıllaşdırılıb. Ərazi sakit və tam yaşayışlıdır. Yaxınlıqda məktəb, market, aptek və avtobus dayanacağı mövcuddur.
Həm daimi yaşayış, həm də bağ evi kimi istifadə etmək üçün əlverişli seçimdir.