2024-cü ildə şəxsi istifadə üçün tikilmiş 2 mərtəbəli həyət evi satılır!
Ev Cihazqayırma zavodunun yaxınlığında, Yeni Məhəllə 1-də yerləşir. Asfalt yoldan təxminən 40–50 metr məsafədədir. Ümumi sahəsi 280 kv.m, torpaq sahəsi isə 4 sotdur.
Ev xüsusi layihə əsasında, müasir tələblərə uyğun və keyfiyyətli tikinti materiallarından istifadə edilməklə inşa olunub. Fundament təxminən 160 sm dərinlikdə, 80 sm beton plitə üzərində qurulub.
Ev 5 otaqdan və 2 sanitar qovşaqdan ibarətdir.
Birinci mərtəbədə:
Zal – 55 kv.m
Mətbəx – 40 kv.m
Sanitar qovşaq – 15 kv.m
Dəhliz – 20 kv.m
İkinci mərtəbədə:
4 yataq otağı – 30, 25, 25 və 20 kv.m
Sanitar qovşaq – 10 kv.m
Dəhliz – 20 kv.m
Eyvan
Həyətdə ayrıca qazanxana, anbar və əlavə sanitar qovşaq üçün nəzərdə tutulmuş tikili mövcuddur. Təxminən 1 sot torpaq sahəsi isə ağac və gül əkilməsi üçün boş saxlanılıb.
Ev 400 kv.m sahəni isitmək gücündə kombi sistemi ilə təchiz olunub. Həmçinin 2 ədəd böyük kondisioner quraşdırılıb. Qaz, su və işıq daimidir.
Ev əvvəlcə şəxsi yaşayış məqsədilə tikilib. Sahibləri xaricdə yaşadıqları və Azərbaycana köçə bilmədikləri üçün satışa çıxarılıb.
Sənədləri sərəncam və layihədən ibarətdir.
© Elan sahibi · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.