Mərdəkan qəsəbəsində, Zeynalabdin Tağıyev küçəsində, Şani Hoteli keçdikdən sonra yerləşən 6 otaqlı bağ evi satılır. Dənizə yaxın, təmiz havası, prestijli mühiti və əlverişli yerləşməsi ilə seçilən ərazi həm yaşayış, həm də kommersiya məqsədləri üçün ideal seçimdir.
Evin ümumi sahəsi 200 kv.m, torpaq sahəsi isə 6 sotdur. Evdə 6 otaq, 4 sanitar qovşağı (2-si evdə, 2-si həyətdə) və ayrıca mühafizəçi otağı mövcuddur. Kombi istilik sistemi ilə təchiz olunub, qaz, su, işıq və yüksək sürətli internet daimidir.
Həyətdə filtrasiya sistemi ilə təchiz olunmuş hovuz, yaşıllıq və geniş istirahət zonası var. Avtobus dayanacağına və marketlərə yaxın məsafədə yerləşir.
Əmlak pod obyekt kimi istifadə üçün də əlverişlidir. Otel, restoran, villa kirayəsi, uşaq bağçası və digər kommersiya fəaliyyətləri üçün uyğun seçimdir.
Sənədi çıxarışdır və bütün sənədləri qaydasındadır.