Təcili satılır! Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, Söyüdlü küçəsində şəxsi həyət evi satışa çıxarılıb.
Ev 5 sot torpaq sahəsində yerləşir və ümumi sahəsi 70 kv.m-dir. Şəxsi yaşayış üçün keyfiyyətli materiallarla tikilib, səliqəli, işıqlı və rahatdır.
Otaqlar genişdir, döşəmə təbii taxtadandır. Qapılar keyfiyyətli taxta materialdan hazırlanıb. Mətbəx geniş və funksionaldır. Hamam və tualet ayrıdır, kafel-metlaxla işlənib.
Həyətdə meyvə ağacları və yaşıllıq sahəsi mövcuddur. Bundan əlavə, tavanı dekorativ taxta lambirlə işlənmiş, LED işıqlandırmalı geniş və kölgəli naves yerləşir.
Qaz, su və işıq daimidir. Ev əlavə xərc tələb etmədən birbaşa köçüb yaşamaq üçün tam hazır vəziyyətdədir.
Sənəd: çıxarış (kupça).
Vasitəçi deyiləm, ev şəxsi mülkiyyətimdir.
Satış təcilidir. Real alıcı ilə evə baxış zamanı qiymətdə razılaşmaq və endirim etmək mümkündür.
© Suleyman · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.