Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivində, qəbiristanlıq istiqamətində gedən yolun yaxınlığında 3 mərtəbəli fərdi yaşayış evi satılır. Ev asfalt örtüklü, işıqlandırılan küçədə, 4 sot torpaq sahəsində yerləşir. Əlavə olaraq 2 sot həyətyanı sahəsi var.
Ev şəxsi istifadə üçün möhkəm tikilib. Divarları qoşa daşla hörülüb, mərtəbələrarası örtüklər 40 sm qalınlığında monolit betondandır.
Birinci mərtəbədə 2 otaq və geniş zal yerləşir. Otaqlardan birinin küçəyə açılan qapısı və pəncərəsi var, kommersiya obyekti kimi istifadə oluna bilər. İkinci mərtəbədə böyük zal, 2 yataq otağı, mətbəx və sanitar qovşaq, üçüncü mərtəbədə isə geniş zal, 3 otaq və sanitar qovşaq mövcuddur.
Evin geniş və çoxsaylı pəncərələri otaqların təbii işıqla yaxşı təmin olunmasına imkan yaradır. İstilik sistemi kombidir, əlavə olaraq İran sobasından da istifadə etmək mümkündür. Qaz, su, işıq, telefon və internet xətləri mövcuddur.
Evin arxasında kiçik bağça, əlavə 2 sot həyətdə isə 7 tonluq su hovuzu və 2 yarımçıq tikili var. Tikililərin fundamenti möhkəmdir və tamamlanaraq kirayə məqsədilə istifadə oluna bilər. Əlavə həyətin ayrıca giriş-çıxışı, qaz və su sayğacları mövcuddur.
320 nömrəli məktəbə 5 dəqiqəlik piyada, qəsəbə mərkəzinə isə avtomobillə 3–5 dəqiqəlik məsafədə yerləşir.
Sənədi 2007-ci il tarixli bələdiyyə sənədidir. Yaşayış qeydiyyatı sənədi mövcuddur və alıcıların ünvana qeydiyyata düşməsi mümkündür.
Ev köçməklə əlaqədar satılır. Alıcı istədiyi ustanı gətirərək tikilinin vəziyyətini yoxlada bilər. Əlavə foto və videoları WhatsApp vasitəsilə əldə etmək mümkündür.
© Elan sahibi · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.