Oğuz şəhəri, Padarlı küçəsində 9 sot torpaq sahəsində yerləşən 1 mərtəbəli həyət evi satılır.
Evin ümumi sahəsi 145 kv. m-dir və 5 ayrı otaqdan ibarətdir. Evdə 2 mətbəx və duş kabinası ilə təchiz olunmuş 1 sanitar qovşaq mövcuddur. Mənzil yeni təmir olunub, bütün mebel və məişət texnikası qiymətə daxildir.
Divarlar ikiqatdır. Ev yayda sərin, qışda isə fərdi istilik sistemi sayəsində isti olur. İsti və soyuq su, qaz, işıq və internet mövcuddur. Hamamda əlavə olaraq boyler quraşdırılıb.
Evin tikili sahəsinə uyğun geniş zirzəmisi var. Ön hissədə yay mətbəxi və vanna otağı üçün kommunikasiya xətləri çəkilmiş açıq terras yerləşir.
Həyət kubik hasarla əhatə olunub. Ərazidə navesli, 1 otaqlı əlavə tikili, təmirsiz yay hamamı, sanitar qovşaq və 2 böyük dəmir darvaza mövcuddur. Həyət müxtəlif meyvə ağacları və gül-çiçəklərlə yaşıllaşdırılıb.
Geniş torpaq sahəsi, əlavə tikililəri və tam yaşayış şəraiti ilə həm daimi yaşayış, həm də bağ evi kimi istifadə üçün əlverişli seçimdir.
© Əminə · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.