Şəmkir rayonunun mərkəzində, Həzi Aslanov küçəsində, Alman kilsəsi ilə üzbəüz ərazidə 7 sot torpaq sahəsində yerləşən həyət evi və 34 kv.m-lik obyekt birlikdə satılır.
Əmlak ana yolun kənarında, prestijli və əlverişli mövqedə yerləşir. Həm yaşayış, həm də investisiya məqsədilə otel, market, restoran və digər kommersiya fəaliyyəti üçün uyğundur. Evin qarşısında park və uşaq meydançası var. Marketlər, banklar və digər vacib obyektlər piyada məsafəsindədir.
Həyətdə 2 yaşayış evi mövcuddur və hər birində hamam otağı var. Əsas ev tam təmirlidir, kombi və isti döşəmə sistemi ilə təchiz olunub. Mətbəx mebeli qiymətə daxildir.
Həyətdə ümumilikdə 7 tonluq su ehtiyatı mövcuddur: aşağı hissədə 4 ton, yuxarı hissədə isə 3 tonluq su çəni yerləşir. Hamam və sanitar qovşaq evin daxilindədir.
Sənədlər qaydasındadır, çıxarış mövcuddur.
Real alıcıya cüzi endirim olunacaq.
Yalnız ciddi alıcıların əlaqə saxlaması xahiş olunur.
© Pəri · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.