Prayk
4 otaqlı Həyət evi Satılır, Zaqatala — Ev, villa, Zaqatala
350 000 ₼

4 otaqlı Həyət evi Satılır, Zaqatala

District unknown — the range covers the whole city, not a precise comparison
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 69 000 ₼ – 155 000 ₼
For saleVerifiedUsed2 weeks ago
Title deed available
Yes
Operation type
Sale
Property type
House / Cottage / Villa
Rooms
4
Area
404 m²
Land area
6 sot
Total floors
2
Seller
Owner
Date
Views
5
Number
№2697912

Description

Zaqatala şəhərinin mərkəzində, prestijli ərazidə, dağ mənzərəli 2 mərtəbəli villa satılır. Villa Azpetrol yanacaqdoldurma məntəqəsinin arxasında, əsas yolun kənarında yerləşir. Həm yaşayış, həm də investisiya məqsədilə əlverişli seçimdir. Yaxınlıqda məktəb, bağça, aptek, marketlər, xəstəxana və ictimai nəqliyyat dayanacağı mövcuddur. Villa 6 sot xüsusi mülkiyyətə aid torpaq sahəsində inşa olunub. Ümumi yaşayış sahəsi 404 kvadratmetrdir. Ev 2 mərtəbədən və 8 geniş otaqdan ibarətdir. Tavan hündürlüyü 1-ci mərtəbədə 3 metr, 2-ci mərtəbədə isə 3.10 metrdir. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Ev qoşa kubiklə inşa edilib, mərtəbələrarası monolit beton konstruksiyaya malikdir. Üç kəmərli daşıyıcı sistem, tam izolyasiya və keyfiyyətli fasad işləməsi uzunömürlülük və rahatlıq təmin edir. Villa 80% təmirlidir. Birinci mərtəbə tam istifadəyə hazırdır. Mətbəx və sanitar qovşaq yüksək keyfiyyətlə təmir olunub. İsti döşəmə sistemi birinci mərtəbədə mətbəx və sanitar qovşaqda, ikinci mərtəbədə isə zal və sanitar qovşaqda quraşdırılıb. İkinci mərtəbədəki sanitar qovşağını, eləcə də döşəmə, pilləkən və qapıları yeni sahibi öz zövqünə uyğun tamamlaya bilər. Həyətdə əlavə sanitar qovşaq və kladovka mövcuddur. Geniş dam sahəsi müxtəlif məqsədlər üçün istifadə oluna bilər və ikinci mərtəbədən dama çıxış var. Balkonundan möhtəşəm dağ mənzərəsi açılır. Sakit, təmiz və prestijli mühit komfortlu yaşayış üçün ideal şərait yaradır. Sənədləri tam qaydasındadır, çıxarışı mövcuddur. Ev şəxsi mülkiyyətdir və sahibindən satılır. Real alıcı ilə qiymətdə cüzi razılaşmaq mümkündür. Maklerlərin narahat etməməsi xahiş olunur.

© Maga evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings