Şərur MTK tərəfindən hökumət məmurları üçün tikilib istifadəyə verilmiş 3 binadan ibarət kompleksdə mənzil satılır.
Bina 2 liftlə təmin olunub. Təxminən 200 metr məsafədə uşaq bağçası, 25 nömrəli məktəb, 35 nömrəli polis bölməsi və 8 nömrəli uşaq klinikası yerləşir. 20, 104 və 36 nömrəli marşrutların dayanacaqları binanın qarşısındadır. Kompleksin altında böyük Araz market fəaliyyət göstərir.
Mənzilin 2 eyvanı var, yarım yelçəkəndir. Eyvanlardan Zığ qəsəbəsi tərəfə dəniz mənzərəsi açılır. Hər iki eyvanda plastik materialdan hazırlanmış şkaflar yığılıb.
İstilik sistemi kombidir. Mənzil 2018-ci ildə tam təmir olunub. Hazırda şəkildə göründüyü kimi, yalnız bəzi hissələrdə xırda təmirə ehtiyac var. Mənzilin blokdan giriş hissəsi də zövqlə təmir olunub.
Mənzil əşyalarla birlikdə satılır, yalnız şəxsi əşyalar götürüləcək. Yataq otağı, qonaq otağı və qız otağının mebelləri Merinosdan alınıb və əla vəziyyətdədir. Oğlan otağının mebelləri isə Türkiyənin Mondi brendinə aiddir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Xətai ray., Köhnə Günəşli qəs.