
Sumqayıt23
For sale: land, 4 sot
4 sotTitle deed available







100 000 ₼
For sale: land, 4 sot
For saleVerifiedUsed1 months ago
Description
Sumqayıt şəhəri, Corat qəsəbəsində 4,15 sot torpaq sahəsi satılır. Torpaq şəxsi mülkiyyətdir və Köhnə Coratın əsas yolundan, 7 nömrəli məktəbi keçdikdən sonra dörd yoldan sağa dönərək təxminən 150–200 metr məsafədə yerləşir.
Torpaq sahəsinin, üzərindəki tikililərin və digər bütün sənədləri qaydasındadır. İstənilən vaxt rəsmi alqı-satqı həyata keçirmək mümkündür. Yeni sahibi həmin ünvanda yaşayış qeydiyyatına düşə bilər.
Torpaq şoran deyil və yağışlı havalarda həyətdə su yığılmır. Su, işıq, qaz, mərkəzi kanalizasiya və internet daimidir. Dənizə təxminən 600–800 metr məsafə var.
Ərazi 7 nömrəli orta məktəbə yaxındır, həmçinin 2 nömrəli məktəbə də rahat yol mövcuddur. Yaxınlıqdan 2, 4 və 12 nömrəli marşrut avtobusları keçir. Gənclik metrosu–Sumqayıt istiqamətində hərəkət edən 123 nömrəli avtobusun dayanacağına təxminən 10 dəqiqəlik məsafə var.
Torpaq sahəsində 2 ayrı ev və ya qarajlı 2–3 mərtəbəli fərdi yaşayış evi, hovuz və besedka tikmək mümkündür. Həyətdə ağaclar yetişir. Əraziyə gedən yollar tam asfaltdır və torpaq yolun kənarında yerləşmir.
Yaxınlıqda uşaq bağçası, marketlər, poçt şöbəsi, yem mağazası, Köhnə Corat məscidi və digər zəruri obyektlər var. “Səda Store” istiqamətindən əraziyə aparan 2 fərqli asfalt yol mövcuddur.
Qonşuluqda 1,3 sot torpaq sahəsində yerləşən ev də satılır. İstəyə uyğun olaraq həmin əmlakı da alıb bu torpaqla birləşdirmək mümkündür.
Torpaq kreditlə, nisyə və ya barter yolu ilə satılmır. Sahə hissələrə bölünərək təqdim edilmir, yalnız bütöv şəkildə satılır.
Yalnız ciddi və real alıcıların əlaqə saxlaması xahiş olunur.
Listing source
Open the original listing© Aliyev evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT











