Satışa obyekt/yaşayış üçün çoxmərtəbəli tikili və torpaq sahəsi.
- 3 mərtəbəli daş konstruksiya, möhkəm monolit örtüklər və arakəsmələr
- Ön fasadda 3 ədəd yarımdairəvi eyvan
- Daxildə geniş dəhliz və beton pilləkən bloku, mərtəbələrarası keçidlər hazır
- Pəncərə boşluqları qoyulub, kommunikasiya xətləri üçün şaxtalar ayrılıb
- Hündür tavanlar, sərbəst planlaşdırma imkanı (bir neçə mənzil, çoxuşaqlı ailə evi, villa, qonaq evi, ofis-mərkəz və s. üçün uyğundur)
- Tam daş hasarlı həyət
- Geniş torpaq sahəsi: ön və yan tərəflərdə bağ sahəsi, meyvə ağacları
- Yan keçid və arxa həyətyanı zolaq saxlama olunub
- Mərtəbələrə rahat giriş üçün əsas pilləkən və əlavə texniki giriş
- Dam örtüyü quraşdırılıb
Layihə imkanları:
- Hər mərtəbədə ayrıca sanitar qovşaqları və mətbəx zonaları üçün yerlər
- Qaraj, anbar, yardımçı tikililər üçün həyətdə yer
- Eyvanlardan açıq mənzərə, fasadın dekorativ həlli üçün potensial
Şəhərətrafı fərdi yaşayış məhəlləsində, qonşuluqda fərdi evlər. İnvestisiya və şəxsi layihə üçün geniş imkanlar təqdim edir.