Xətai rayonu, Həzi Aslanov metrosu yaxınlığında, Fəridə şadlıq evinin yanında yerləşən 9 mərtəbəli Leninqrad layihəli binanın 3-cü mərtəbəsində 125 kv.m sahəsi olan qanuni 5 otaqlı mənzil satılır. Mənzil çıxarışlıdır və ipotekaya yararlıdır.
Mənzil keyfiyyətli və bahalı materiallarla təmir olunub, orta blokda yerləşir və yelçəkəndir. Hər iki tərəfə uzun eyvanları, geniş və işıqlı otaqları var. Həyəti yaşıllıqdır, qonşular sakit və mehribandır. Mənzil əşyasız satılır.
İstilik sistemi həm mərkəzi, həm də kombidir. Lift, qaz, su və işıq daimidir, əlavə olaraq 2 tonluq su çəni var. Yaxınlıqda Araz, Tamstore, 2 uşaq bağçası, 2 məktəb və 62 nömrəli avtobusun son dayanacağı yerləşir. Həzi Aslanov metrosuna piyada təxminən 15 dəqiqəlik məsafədədir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Şirkət haqqı 1%-dir.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Xətai ray., Həzi Aslanov m/st